19.07.2025

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bu barədə Veteran.az-a Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: