16.09.2024

Milli Qəhrəmanın qardaşı AVMVİB rəhbərliyi tərəfindən təltif olundu

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı, müharibə veteranı Nofəl Qasımov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə təşkilatın təsis etdiyi «Böyük Zəfər» medalı ilə təltif olunub.

«Böyük Zəfər» medalını Nofəl Qasımova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov təqdim edib. Təltifetmə mərasimində həmçinin AVMVİB sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov iştirak etmişdir.

Qeyd edək ki, Nofəl Qasımovun qardaşı Natiq Qasımova Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı vermişdir.

AVMVİB Mətbuat xidməti

DSC-0308
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: