08.09.2024

AVMVİB Naftalan rayon şöbəsinə yeni sədr təyin olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naftalan rayon şöbəsinə yeni sədr təyin edilmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə AVMVİB Naftalan rayon şöbəsinin sədri vəzifəsinə Adıgözəlov Qoşqar Əli oğlu təyin edilmişdir.

Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev iştirak etmiş, yeni təyin olunan sədrə işgüzar fəaliyyətində müvəffəqiyyətlər arzu etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi üzvləri adından Adıgözəlov Qoşqar Əli oğlunu təbrik edir, işində uğurlar arzu edirik.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-07-01-at-14-43-34
Whats-App-Image-2024-07-01-at-14-43-35
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: