08.09.2024

AVMVİB sədrindən Silahlı Qüvvələr Günü təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, hər iki Qarabağ müharibəsinin iştirakçısı Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza və xalqımıza təbrik ünvanlayıb. Təbrikdə deyilir:

«Silahlı Qüvvələrimizin yaradılması tarixi 1918-ci ilə təsadüf edir. Düz 106 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaradılmışdır. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.

Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik düşüncəsi müstəqil Azərbaycan dövlətinin reallığına çevirmişdir. Onun böyük fədakarlıqları hesabına ata-babalarımızın qurub-yaratdığı dövlətin sarsılmazlığı, demokratik yüksəlişi, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilmiş və milli şüurun, milli özünəqayıdışın oyanışı istiqamətində görmüşdür.

Bu gün masir Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında hərb tariximizə qızıl hərflərlə yazılan Zəfəri xalqımıza bəxş etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur.

Bu gün təqvim ilimizin bayramları arasına Böyük Zəfər gününü əlavə edən Ali Baş Komandanımız İlham Əliyev cənablarını, Silahlı Qüvvələrimizin rəhbərliyini, zabit heyətini, hərbi qulluqçularını, əsgərlərimizi, qazilərimizi, müharibə veteranlarımızı, müharibə iştirakçılarımızı və şəhid ailələrinin üzvlərini təbrik edir, şəhidlərrimizə Uca Allahdan rəhmət diləyirəm!

Azərbaycanın Silahlı Qüvvələrinə eşq olsun!

Tezliklə Zəngəzur dəhlizində görüşmək ümidi ilə!»

AVMVİB Mətbuat xidməti

1992-ci il
2020-ci il
FÜZULİ RZAQULİYEV
İLKİN RZAQULİYEV
Whats-App-Image-2024-06-26-at-00-15-58

Whats-App-Image-2024-06-26-at-00-15-58-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: