08.09.2024

AVMVİB sədri tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib

Bu gün ağ xalatlı mələklərin — tibb işçilərinin peşə bayramıdır. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Azərbaycan Vətən Müharibısi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev tibb işçilərini peşə bayramlarıı münasibəti ilə təbrik etmişdir. Təbrikdə deyilir:

«Vətən müharibəsi dövründə minlərlə tibb işçisi qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək yüzlərlə yaralıya şəfa vermiş, eyni zamanda, qeyri-müharibə şəraitində qazilrimizə, şəhid ailələrinin üzvlərinə və müharibə veteranlarımıza təmənnasız tibbi xidmətlər göstərmiş həkimlərimizi peşə bayramları münasibəti ilə çoxminlik təşkilatımız adından təbrik edirəm.

Azərbaycan Vətən Müharibısi Veteranları İctimai Birliyinin sıralarında da yüzlərlə həkimlərimiz var və onlar həm müharibə dövrü, həm də mülki fəaliyyətləri dövründə həyatlarını bu şərəfli peşəyə həsr etmiş Vətən övladlarıdır. Bu elə bir müqəddəs və mənəvi baxımdan elə ağır bir peşədir ki, yükünü hər kəs çəkə bilməz. Bütün həkimlərimizə alqış deyir, onlara dərin ehtiramımızı bildiririk».

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: