Ən qəddar hərbi cinayətlər ermənilərə məxsusdur
Füzuli Rzaquliyev,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
Daşnakların dənizdən-dənizə «böyük ermənistan» yaratmaq arzusu Birinci Dünya müharibəsi illərində daha da genişlənmişdi. Osmanlı dövlətinin 3-cü ordusuna komandanlıq edən Ənvər paşa Ərzurumda hay liderləri ilə görüşündə buna əmin oldu. nə qədər ki, Osmanlı Türkiyəsi güclü və qüdrətli idi, erməni millətçiləri dövlətə qarşı qalxmağa və hər hansı bir gözə çarpacaq fəaliyyət göstərməyə cürət etmirdilər. Lakin XIX əsrin ortalarından etibarən bu dövlətin daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Bir zamanlar qüdrətli Osmanlı İmperiyasının zəifləməsində maraqlı olan və türk boğazlarını ələ keçirmək məqsədini güdən Avropa dövlətləri və Rusiya İmperiyası ermənilərin türklərə zidd planlarını hər vasitə ilə təşviq etməyə və dəstəkləməyə başladılar. Təsadüfi deyil ki, qatı millətçi erməni partiyaları olan “Qnçaq” (1887), “Daşnaksütun” (1890) və digərləri məhz Avropada və Rusiyada yaranmışdır.
Həmin illərdə çar II Nikolayın Qafqaza gəlişi və Tiflisdəki nitqində ermənilərə müraciət edərək: «Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək!» demişdir.
Çar II Nikolayın millətlərarası nifaq salan çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakını təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar.
Aşağıdakı arxiv fotolarına baxanda bu ermənilərin sadə kəndlilərdən yox, məhz professional hərbi hazırlıq keçmiş terrorçulardan ibarət olduğunu görmək olar.
Hay qadınlarının silahlarına, geyiminə nəzər salanda onların bir mərkəzdən idarə olunduqları, patronlarından tutmuş çəkmələrinə kimi bütün təchizatın ən yüksək səviyyədə təmin olunduğuna şahid oluruq.
Özlərini həmişə yazıq göstərib zülmə uğrayan kimi təqdim edən erməni cəlladlarının Türkiyə və Azərbaycan xalqına qarşı törətdikləri qeyri-insani hərbi cinayətləri və tarixi faktları daha dərindən öyrənib bundan dərs çıxarmalıyıq.
Bu mənada, Türk Tarix Qurumunun rəhbəri, professor Refik Turanın ekranlaşdırdığı və Hınçak və Daşnak terror birləşmələrinin cinayətlərini əks etdirən sənədli filmlərin daha çox çəkilməsini təqdirəlayiqdir. Ermənilərin türklərə qarşı əsrlər boyu tətbiq etdikləri üsul, həyata keçirdikləri və keçirmək istədikləri təxribatlar, şiddət və cinayətlər günahsız insanların öldürülməsinə və soyqırımına hesablanıb.
Tarixə nəzər salsaq görərik ki, erməni vəhşiləri fars və rus şovinistləri ilə əlbir olaraq soykökümüzə qarşı soyıqırımlar həıyata keçirmişlər ki, bunlar arasında aşağıdakılar tarixə düşmüşdür:
Cilovluq Soyqrımı, 31 Mart soyqırımı (Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə), Quba soyqırmı İrəvan soyqırımı, 21 Azər soyqırımı, Sulduz qətliamı, Quqark qırğını, Qaradağlı soyqırımı, Ağdaban soyqırımı, Ballıqaya soyqırımı, Xocalı soyqırımı.
Məhz buna görə də, mən həmişə təkrarlamaqdan yorulmuram ki, rusun sözünə, erməninin sədaqətinə, farsın ibadətinə inanmamalıyıq. Hər zaman sərvaxt olub, dəmir yumruğu hazır tutmalıyıq. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının yanında şanlı Azərbaycan tarixinin yeni səhifələrini yazmalıyıq.