14.12.2024

AVMVİB sədri Rusiyanın konsulluq açmaq istəyinə münasibət bildirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Rusiyanın Xankəndində konsulluq açmaq istəyinə mnüasibət bildirmişdir. Bununla bağlı AVMVİB sədri saytımıza açıqlama vermişdir. Açıqlamada deyilir:

«Rusların Xankəndidə konsulluq açması olduqca absurddur. Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq bu təşəbbüsü qınayırıq. Bizim qətiyyətli mövqeyimiz bundan ibarətdir ki, məskunlaşma prosesi getdiyi bir məqamda Rusiyanın tələm-tələsik məhz Xankəndində öz konsulluğunu açmaq istəyi yenə də hansısa növbəti hiyləgər oyunların bünövrəsinin qoyulması kimi qiymətləndirilməlidir. Unutmamalıyıq ki, rusun sözünə, erməninin sədaqətinə, farsın ibadətinə inanmaq olmaz. Başımıza gətirilən bütün bəlaların əksəriyyəti, xüsusilə ermənilərin tarixi torpaqlarımıza köçürülməsi, Qərbi Azərbaycanda erməni dövlətinin yaradılması və Azərbaycanın parçalanması həmişə rusların planı və rəhbərliyi ilə həyata keçirilmişdir. 20 yanvar faciəsini və Xocalı soyqırımını yaddan çıxarmamalıyıq. Bunlar hamısı əliqanlı rus cəlladlarının şovinist siyasətinin bariz təzahürləridir.
M.Ə.Rəsulzadənin 1928-ci ildə səsləndirdiyi məşhur bir nitqində deyildiyi kimi, Rusiya kiçilib öz tarixi sərhədlərinə qayıtmayana qədər dünya xalqlarına dinclik yoxdur. Məhz bütün bunlara görə də, biz, minlərlə Vətən oğlunun birləşdiyi bir təşkilat olaraq rusların Xannkəndində konsulluq açmasını yolverilməz hesab edirik.»

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: