AVMVİB Lerik rayon şöbəsinə yeni sədr təyin olundu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Lerik rayon şöbəsinə yeni sədr təyin edilmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə AVMVİB Lerik rayon şöbəsinin sədri vəzifəsinə Bağışov Namiq Sədaqət oğlu təyin edilmişdir.
Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurrəhmanov iştirak etmiş, yeni təyin olunan sədrə işgüzar fəaliyyətində müvəffəqiyyətlər arzu etmişlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından Bağışov Namiq Sədaqət oğlunu təbrik edir, işində uğurlar arzu edirik.
AVMVİB Mətbuat xidməti