21.11.2024

AVMVİB Gənclər Təşkilatları Milli Şurasının tədbirində təmsil olunmuşdur

Ölkənin aparıcı gənclər platformalarından olan, 150 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə növbəti tədbir baş tutmuşdur.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşov da iştirak etmiş, 28 may — Respublika Günü ilə əlaqədar çıxış etmişdir.

Altay Babayev çıxışında NAYORA-nın fəaliyyətində hər zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin təbliğ edildiyini, təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurulduğunu xüsusilə qeyd etmiş, bu mövzuda gəncləri maraqlandıran suallara cavab vermişdir.

AVMVİB Mətbuat xidməti

JtKhcL7.jpg JtKh11e.jpg JtKhaXS.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: