27.07.2024

Təbrik: Saleh Dostiyev — 50

Bu gün daha bir silahdaşımızın — Dostiyev Saleh Ağarəhim oğlunun 50 yaşı tamam olur. Dostiyev Saleh Ağarəhim oğlu 25.05.1974-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1992-ci ildən hərbi xidmətə başlamışdır. Müharibə dövrünə təsadüf etdiyi üçün hərbi xidmət dövründə ön cəbhədə vuruşmuş, Ağdərə, Tərtər, Ağcabədi, Beyləqan, Xocavənd, Üçtəpə və Şişqaya istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.

1997-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üzv olmuşdur. Hazırda AVMVİB Lənkəran rayon şöbəsinin sədr müavini vəzifəsində çalışır.

Dostiyev Saleh hər zaman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin tədbirlərində fəallıq nümayiş etdirən silahdaşlarımızdandır. Onun vətənpərvər mövqeyi, müharibə veteranlarına və qazilərə göstərdiyi diqqət və qayğısı ictimai fəaliyyətində hər zaman prioritet təşkil etmişdir.

Məhz elə buna görə də, bu əlamətdar gündə — Dostiyev Saleh Ağarəhim oğlunun yubileyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev onu Fəxri Fərmanla təltif etmişdir.

Saleh Dostiyevi ad günü və yubileyi münasibəti ilə Saleh Dostiyevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, iş və döyüş yoldaşları ürəkdən təbrik edir, ona möhkəm cansağlığı arzulayırlar.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-24-at-12-38-15-2

Whats-App-Image-2024-05-24-at-12-38-15-3

Whats-App-Image-2024-05-24-at-12-38-16

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: