27.07.2024

Tibbi heyət AVMVİB tərəfindən mükafatlandırıldı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarı ilə Bakı şəhərində yerləşən İstanbul NS Klininkasının bir qrup həkimi və tibbi personalı təşkilat tərəfindən təltif olunmuşdur. Təltifetmə mərasimində AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurrəhmanov və digər şəxslər iştirak etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev tibb işçilərinin qarşısında çıxış edərək onların zəhmətlərini yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda döyüşlərdə iştirak etmiş qazilərimizə və müharibə veteranlarımıza klinikada sərgilənən xüsusi diqqətə və qayğıya görə həkim heyətinə və tibbi personala təşəkkürünü ifadə etmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurrəhmanov klinikanın kollektivinə xitabən bildirmişdir: «Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir. Sizə bu şərəfli peşənizi layiqincə yerinə yetirməniz üçün hünər, dözüm və ən başlıcası cansağlığı arzulayıram».

Mükafatı qəbul edən həkim heyəti Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin onları bu mükafata layiq göməsindən şərəf hissi keçirdiklərini dilə gətirmişlər.

Qeyd edək ki, AVMVİB rəhbərliyinin qərarı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyevə və digər müharibə veteranı və qazilərimizə göstərdiyi xüsusi diqqət və qayğıye görə, İstanbul NS Klinikansının həkimləri — Dr. Kardıo-Cərrah Altay Tandoğan, Dr. Bəhruz Məmmədov, eləcə də Onur Avvat və Ali Erdal təşkilatın təsis etdiyi ən yüksək mükafat olan «Böyük Zəfər» xatirə medalı ilə, təltif edilmiş, klinikanın 16 nəfərdən ibarət tibb personalına isə təntənəli surərtdə AVMVİB-in Fəxri Fərmanı təqdim edilmişdir.

AVMVİB Mətbuat xidməti

photo1716493629

photo1716493542

photo1716493542-1

photo1716493603

photo1716532016

photo1716532016-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: