21.11.2024

AVMVİB Neftçala rayon şöbəsində növbəti tədbir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi “2024 Yaşıl dünya naminə həmrəylik ili” tədbirində. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli 4233 nömrəli Sərəncamına uyğun olaraq Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində və Bankə qəsəbə S. Vurğun adına 2 saylı tam orta məktəbində maarifləndirmə tədbiri və ağac-kol tinginin əkilməsi həyata keçirilib. Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında tədbirdən öncə Rayon İcra Hakimiyyətinin nümayəndələri, (AVMVİB)-nin Neftçala rayon şöbəsi, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər, ziyalıları, kənd ağsaqqalları ilə birlikdə Yuxarı Qaramanlı kəndində və Bankə qəsəbəsində “Şəhidlər abidəsi” ziyarət olunub, kompleksin ətrafında şam və sərv ağacları əkilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədri Mübariz Hüseynov 1994-ci ilin Qarabağ müharibəsində itkin düşərək şəhadət məqamına ucalmış Neftçala şəhərinin qəhrəman şəhidi Ələkbərov Əliyar Ədalət oğlunun qalıqları Bakı şəhər Nizami rayonu Keşlə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunması barədə məlumat verilib. Şəhidlərin ruhuna dualar edərək şəhid ailələrinin qarşısında baş əydi. (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov son zamanlar I və II Qarabağ müharbəsi deyərək istər şəhid ailələrinin istərsə də veteranların arasında ayrı seçkilik yaranması barədə icra nümayəndələrinə öz narazılığını bildirərək bu məsələnin tez bir zamanda aradan qalxmasını və digər məsələlər barəsində danışdı. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 16 aprel tarixli 211 nömrəli Qərarı ilə Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi və 315 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi məqsədilə görülən işlər barədə məlumat verərək bildir di ki, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı Mirhəsən Seyyidov şəxsən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədrinə həmin 315 MVt gücündə günəş elektrik stansiyalarının tikintisində üç minə yaxın işci qüvvəsi gərəkəcək ki, onuda ilk öncə işsiz olan Şəhid ailələri və veteranları təşkil edəcəyini diqqətinə çatdırılıb.

AVMVİB Mətbuat xidməti

Mübariz Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin sədri

6g765

Whats-App-Image-2024-05-23-at-19-10-10

Whats-App-Image-2024-05-23-at-19-10-10-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: