27.07.2024

AVMVİB professor Dilqəm Quliyevi təltif etdi

Mayın 21-də Prezident təqaüdçüsü, Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin «Qarabağın idman tarixi” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Azərbaycan İdman Akademiyasının (AİA) akt zalında keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi də təmsil olmuşdur. AVMVİB İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşov və AVMVİB Gənclərlə iş şöbəsinin müdiri Həsən Əliyev həmin mərasimdə iştirak etmişdir.

Sonda Altay Babaşov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından AVMVİB sədri Füzuli Rzaquliyevin imzaladığı Fəxri Fərmanı Dilqəm Quliyevə təqdim etmişdir.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-21-at-17-30-31

Whats-App-Image-2024-05-21-at-17-30-32

Whats-App-Image-2024-05-21-at-17-32-49

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: