27.07.2024

Təbrik: İbrahim İsmayılov — 58

Bu gün daha bir silahdaşımızın — AVMVİB Hacıqabul rayon şöbəsinin sədri İsmayılov İbrahim Əli oğlunun 58 yaşı tamam olur. İbrahim İsmayılov 1966-cı ildə Hacıqabul səhərində zəhmətkeş ailəsində anadan olmuşam 1973-1983-cü illərdə Hacıqabul şəhər 7 saylı tam orta məktəbi bitirmişdir. 1984-cü ildə Şirvan şəhər (keçmiş Əli Bayramlı) sürücülük məktəbində müvəffəqiyyətlə başa vuraraq sürücü peşəsinə yiyələnmışdir.

1984-1986-cı illərdə həqiqi hərbi xidmətini keçmiş Sovet ordusu sıralarında Almaniya Demokratik Respublikasında piyada qoşunlarının nəzdində Minaatan batareyasında sürücü kimi başa vurduqdan sonra 1987-ci ildən 1992-ci ilə qədər Şirvan nəqliyyat müəssəsində əvvəl sürücü, sonra isə çilingər kimi çalışmışdır. Birinci Qarabağ mhüaribəsi dövründə Azərbaycan ordusunda hərbi xidmətini davam etdirmiş, Ağdam, Ağdərə və Fizuli rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ailəlidir, iki övladı var.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Mətbuat xidməti, o cümlədən iş və döyüş yoldaşları İsmayılov İbrahim Əli oğlunu bu əlamətdar gün — doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzu edirlər!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-05-19-at-20-44-48

Whats-App-Image-2024-05-19-at-20-44-48-1

Whats-App-Image-2024-05-19-at-20-44-49

Whats-App-Image-2024-05-19-at-20-44-49-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: