17.05.2024

AVMVİB adından xalq artistinə təşəkkür edildi

30.04.2024-il tarixdə Xalq artisti Məmməd Şəfa «DƏDƏ QORQUD FONDU»və «AZƏRBAYCAN DÜNYASI» jurnalının rəhbəri Eldar İsmayılov tərəfindən xidmətlərinə görə VƏTƏN ÖVLADI orden mükafatına layiq görülmüşdür. Təqdimat zamanı tədbirdə bir çox ziyalı və mədəniyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə AVMVİB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Altay Babaşov da iştirak etmişdir. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından xalq artistini təbrik etmiş, onun Vətən qarşısında göstərdiyi fəaliyyətini yüksək dəyərləndirmişdir.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: