13.05.2024

Qara dəniz sahilində Erməni fitnəsi

1879-cu il. Çar Rusiyası ilk erməni koloniyasını Abxaziyaya köçürür. Abxaz yazıçısı və ziyalısı Simon Basariya gəlmə ermənilərin yerlilərə münasibətinə dair 1923-cü il tarixli məqaləsində yazmışdı: “Ermənilər Abxazlarla çox ehtiyatlı davranır. Abxazların əraziyə olan tarixi və hüquqi haqqını tanıdıqlarını bəyan edirlər. Özlərini qonaq adlandırırlar. Abxazların qonaqpərvərliyini onlar da Abxazlara qarşı təqlid etməyə çalışırlar. Yerləşdiyi kəndlərin Abxaz mənşəli adlarını saxlayırlar”.

1992-ci il. Abxaziya əhalisinin 46 faizi Gürcülər, 18 faizi Abxazlar, 14 faizi Ermənilərdir. Erməni fitnəsi ilə separatçı müharibə başlayır. Erməni silahlılar Abxazlara qoşulub Gürcüləri qovurlar.

2024-cü il. Abxazlar çoxluqdadır (52 faiz). Ermənilər sayca ikinci çoxluqdur (20 faiz) və Abxazlardan muxtariyyət tələbləri güclənib. Kompakt yaşadığı ərazilərdə yeni erməni dövləti yaratmaq istəyirlər. Bu arada, 300-dən çox gürcü, abxaz və yunan kilsəsini erməniləşdirib, qədim erməni kilsələri olduğunu iddia edirlər.

Rafael Dağlı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: