02.11.2024

Səbail rayonunda iftar süfrəsi təşkil olundu

Badamdar qəsəbəsində 130 nəfərin iştirakı ilə keçirilən tədbirdə YAP Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseyov, aparatın əməkdaşları, RİHBA-nın əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

İftar mərasimi «Qurani Kərim»dən ayələrin və Ramazan duasının oxunması ilə başlanmış, daha sonra müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışılmışdır.

Tədbirdə ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirildiyi vurğulanmışdır.

JkU2Bov.md.jpg JkU2KNa.md.jpg JkU2FAg.md.jpg JkU2fDJ.md.jpg JkU2CVR.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: