AVMVİB-in bir neçə rayon şöbələrinə yeni sədrlər təyin olundu — FOTOLAR
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Təşkilat Komitəsinin məlumatını diqqətinizə çatdırırıq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyətinin Qərarı ilə aşağıda adları qeyd olunan şöbə sədrləri fəaliyyətisizliklərinə və İdarə Heyətinin qərarlarını yerinə yetirmədiklərinə görə tutduqları vəzifələrdən azad olunublar.
- Ravid Pənahov — İsmayıllı rayon şöbəsinin sədri;
- Əli Əliyev — Qaradağ rayon şöbəsinin sədri;
- Mehman Hüseynov — Hacıqabul rayon şöbəsinin sədri;
- Ramiz Əliyev — Kəlbəcər rayon şöbəsinin sədri;
- Qafur Mikayılov — Şəki rayon şöbəsinin sədri;
- Əliməmməd Babaxanov — Ağstafa rayon şöbəsinin sədri.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrı Füzuli Rzaquliyevin müvafiq əmri ilə aşağıda qeyd olunan rayon şöbələrinə yeni sədrlər təyin olunmuşdur.
- Vüqar Əmirəhmədov — Şəki rayon şöbəsinin sədri;
- İbrahim İsmayılov — Hacıqabul rayon şöbəsinin sədri;
- Şükür Tağıyev — Ağstafa rayon şöbəsinin sədri;
- Arif Zərbəliyev — Qaradağ rayon şöbəsinin sədri;
- Bəylər Həlimli — İsmayıllı rayon şöbəsinin sədri;
- Akif Kamalov — Kəlbəcər rayon şöbəsinin sədri.
Qeyd edək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi ölçü götürülməsi üçün AVMVİB Nəzarət-Təftiş Komissiyası tərəfindən monitorinqlər davam etdirilir.
Yeni təyin olunan şöbə sədrlərinin fəaliyyətində uğurlar arzulayırıq.
AVMVİB Mətbuat xidməti