AVMVİB Neftçala rayon şöbəsi bu görüşlərdə təmsil olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov yanvarın 26-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Neftçala, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbulda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov veteranlar adından həmin görüşdə iştirak etmiş və bir sıra məsələlərin həlli ilə bağlı məsələ qaldırmışdır. Həmin məsələlər aşağıdakıları əhatə etmişdir:
- 1988-1991 ci ilərdə özünü müdafiyə batalyonlarında xidmət edənlər barəsində veteran vəsiqələrinin verilməsi barəsində Nazirlər Kabinetinin sərancamından irəli gələn mexanizm;
- I və II Qarabağ muharibə veteranları barəsində məsələlər;
- Veteran vəsiqələrinin və medalların verilməsi;
- Veteranların təqaüdləri barədə fərqli məbləğlərin verilməsi ilə bağlı məsələ;
- İtirilmiş veteran vəsiqələrinin verilməsində çətinliklər;
- I Qarabağ savaşında döyüşən veteranlara «Vətən müharibəsi iştirakçısı» medalının verilməməsi ilə bağlı çətinliklər;
- Təsil alınmış gənclərin hərbidə öz ixtisası üzrə xidmət etməməsinin onların 1 il öz ixtisasından geri salması ilə bağlı problemlər;
- SSRİ dövründə xidmət etmiş və təqaüdə çıxan şəxslər üçün xidmət illərinin onlara mənzil verilməsində hesablanmaması;
- Bir qrup veteranların əlilik dərəcələrinin kəsilməsi;
- Məbləği 80 manat təşkil edən veteran pulunun artımı ilə bağlı məsələlər.
***
25 yanvar 2024-cü il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Neftçala Rayon Mərkəzi Xəstəxanasında Neftçala, Salyan və Biləsuvar rayon sakinlərini qəbul edib.
Qəbulda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala Rayon şöbəsinin sədri Mübariz Hüseynov da iştirak edənlər arasında olmuş və aşağıdakı problemlərlə bağlı məsələləri diqqətə çatdırmışdır:
- Muharibə veteranlarının əlillik dərəcələrinin kəsilməsi;
- Neftçala Rayon Mərkəzi Xəstəxanasında həkim catışmamazlığının aradan qaldırılması;
- Mədə (qida borusu, mədə, onikibarmaq bağırsaq) xəstələrinin yoxlanışı zamanı Qastroskopiya (zond) aparatı və mütəxəsis həkimlərin çatışmazlığı;
- Ultrasəs müayinə (sonoqrafiya) aparatı və mütəxəsis həkimlərin çatışmazlığı;
- Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatı və mütəxəsis həkimlərin çatışmazlığı;
- Son zamanlar Yoluxucu xəstəliklər – infeksion xəstəlikləri, o cümlədən, bağırsaq, tənəffüs yolları, xarici örtüklərin infeksiyaların sayının çoxalması ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına həkim-infeksionistlərin çatışmazlığı;
AVMVİB-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova AVMVİB-in sədri Füzuli Rzaquluyevin məktubunu catdırmışdır.