AVMVİB Neftçala şöbəsində Vətənpərvərlik mövzusunda tədbir keçirilib
28.12.2023-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala şöbəsi Bankə qəsəbəsi 2-№ tam orta məktəbi ilə birgə “Təhsil ocaqlarında hərbi vətənpərvərlik və Milli dəyərlərimiz” mövzusuna həsr olunmuş tədbir keçirmişdir.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın süverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himi səsləndirilmişdir.
Tədbirə Şəhid atası Ağamalıyev Baloğlan, Qazi atası Cəlilov Vaqif, Gənc Qazilər İB-nin Neftçala rayon Filialın sədri, Qazi Sərvər Qurbanov və qazilərimiz iştirak etmişdir.
“Vətən mənə oğul desə nədərdim
Mamır olub qayasında bitərdim»
Doğurdan da Vətəni sevmək onun həqiqi vətəndaşı olmaq üçün candan belə kecmək lazımdır. Necəki bunu bizim şəhidlərimiz etdilər
Azərbaycan ərasizində Neftçala rayonu şəhid sayına görə ikinci yeri tutur. Bu da bizim Rayonun əhalisinin vətən sevgisindən xəbər verir.
Bildirmək istiyirəm ki, Bizim Neftçalada 4 milli qəhrəman, 200 — dən çox şəhid (onlardan 66-sı itkindir ki, biri də Gənc Şəhid Ağamalıyev Rövşən Baloğlan oğludur) 900-dən çox qazilərimiz vardır.
İndi isə sözü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala şöbəsinin sədri Mübariz Hüseynova veririk.” Deyən məktəbin müəlliməsi Lamiyə xanıma AVMVİB-nin Neftçala şöbəsi adından təşəkürümüzü bildiririk.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala şöbəsinin sədri Mübariz Hüseynov çıxışında ik öncə AVMVİB haqqında məlumat vermişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir və uzun bir yol keçmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) fəaliyyət göstərdiyi 29 il ərzində ölkəmizin ictimai- sıyası həyatında fəal iştirak edib və bu gündə yüksək fəallığı ilə secilən aparıcı ictimai (təşkilatlardan) birliklərdən bırıdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 29 illik fəaliyyəti dövründə veteranlar və şəhid ailələri arasında, istərsə də yüksək rəsmi dairələrdə böyük hörmət qazanmış, 44 günlük Vətən müharibəsində isə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev olmaqla, AVMVİB rəhbərliyi və Neftçala rayon şöbəsi və diyər rayon şöbələrinin sədr və müavinləri hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hazırda sıralarında 89.000 mindən çox üzvü birləşdirən AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdruk dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin siyasətini daim dəstə kləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisər barəsində Fədai. az, Veteran. az adlı internet mətubatında ocümlədən «Veteran TV» internet televiziyasında yayımlayır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə praqramları var ki, məhs bugündə Bankə qəsəbəsi 2 saylı məktəbdə toplaşmışıq.
Gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftşala şöbəsinin mütəxəsisləri MN-nin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının şagirdlərə çatdırılması məqsədilə AVMVİB-nin nümayəndə heyəti bölgələrdə yerləşən orta məktəblərdə hərbi rəhbərlər və yuxarı sinif şagirdləri ilə kompleks tədbirlər keçiriblər.
Silsilə tədbirlərdə, məktəblilər arasında hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında AVMVİB-nin və Təhsil nazirliklərinin birgə fəaliyyətinin mühüm aspektlərindən danışılıb. Hərbi vətənpərvərlik işinin səmərəli təşkili üçün fikir mübadilələri aparılıb, hərbi rəhbərlərin və şagirdlərin təklifləri və istəkləri qeydə alınır.
AVMVİB-nin Neftçala idarə heyyətinin təyin etdiyi nümayəndəsi, əbədiyaşar komandan Heydər Əliyevin dediyi «Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir» sözlərini səsləndirərək qeyd edib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bizim qarşımızda duran ən vacib məsələlərdən biridir.
Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir.
Dövlət himimizdə deyildiyi kimi :
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Bu işdə ən böyük məsuliyyət isə AVMVİB-yi öz üzərinə düşəni yerinə yetirməyə hər zaman hazırdır.
Mühüm vəzifənin öhdəsindən layiqincə gəlmək üçün pedaqoji kollektivlə əlaqələrimizi daha da möhkəmlədəcək, gənclərimizin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması istiqamətində daha böyük işlər görəcəyik.
AVMVİB-nin Neftçala şöbəsinin nümayəndəsi bildirir ki, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması bizim ən vacib vəzifələrimizdən biridir. AVMVİB-nin qəsəbə və kənd özəy sədirləri, kollektiv olaraq tədris olunan fənlərlə yanaşı, şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir.
Şagirdlərlə mütəmadi olaraq bu istiqamətdə söhbətlər aparmaq, qəhrəmanlıq nümunələrindən danışılmalıdır.
Parta arxasında əyləşən hər bir şagirdimiz yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların övladlıq borcudur. AVMVİB də gələcəyin əsgərlərinə Vətənimizin fəal müdafiəsinə hazırlayır, ilkin hərbi vərdişləri öyrətməyidir.
Gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət o qədər sevdirməliyi ki, oğlanlarla yanaşı, qızlarımız da hərbçi olmaq arzusunda olsunlar. Onların hər biri yaxşı bilir ki, aprel döyüşlərində, 44 günlük zəfərində düşmənə qan udduran qəhrəman oğullarımız da vaxtilə parta arxasında əyləşiblər.
Bu gün şagirdlərimizdə olan vətənpərvər ruh onun göstəricisidir ki, dövri-qədimdən qəhrəmanlarımız olub, bu gün də var, sabah da olacaq.
AVMVİB-nin Nefrçala rayon şöbəsi nümayəndəsi, hərb peşəsinə yiyələnmək arzusunda olan şagirdlərin suallarını cavablandırıb, bu peşənin müqəddəsliyindən danışıb.
«Müasir Azərbaycan Ordusunun qurucusu, ümummilli liderimiz Heydər Əliyev gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi diqqət yetirərək:
«Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır» demişdir.
Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Bu peşənin sahibləri Vətən qoruyucularıdırlar. Peşə seçimi zamanı gənclərin böyük qisminin hərbçi peşəsinə yiylənmək arzusunda olması bir zabit kimi məni qürurlandırır. Cəmiyyətimizdə orduya rəğbət, sevgi yüksəkdir, bu o deməkdir ki, ailələrdə, məktəblərdə hərbi vətənpərvərliyin təbliği düzgün təşkil edilir. Həmçinin ölkə səviyyəsində orduya göstərilən yüksək diqqət və qayğı Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirildiyinin bariz nümunəsidir.
Əziz gənclər, sizin hərbçi olmaq arzunuz bizi çox sevindirir. Hər biriniz seçdiyiniz yolun müqəddəs olduğunu yaxşı dərk edin. Düzdür, hər peşə şərəflidir, lakin hərbçi olmaq, torpaqlarımızı, xalqımızı yağılardan qorumaq ən şərəfli peşədir. Bu seçimdə hər birinizə uğurlar arzulayıram.
Bilməyinizi istəyirəm ki, arzusunda olduğunuz bu yol qəhrəmanlıq yoludur. İnanıram ki, hər biriniz savadlı, bacarıqlı zabitlər olacaq, şanlı ordumuzun adına layiqli xidmət edəcəksiniz.”
AVMVİB-nin Nefrçala rayon şöbəsinin kecirdiyi, silsilə tədbirlərdə bir daha şahidi oldu ki, vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması məsələsi daim diqqət mərkəzində saxlanılır.
Danılmaz faktdır ki, vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətənini ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir.
Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara bütöv əmir və tapşırıqları yerinə yetirməkdir.
AVMVİB-nin Nefrçala rayon şöbəsinin kecirdiyi belə tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan Vətənə vurğunluq şagirdlərə xatırlanır.
Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.
Tədbirlərdə, həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul qaydaları izah edilib, şagirdlərin sualları cavablandırılır.”
Sonda məktəbin müəllim və şagirləri ilə xatirə şəkiləri çəkilmişdir.
AVMVİB Neftçala rayon şöbəsi