Şuşa İƏT-in turizm paytaxtı seçildi
2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyindən “Veteran.az”a verilən məlumata görə, qeyd edilən iclaslarda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib.
Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.
İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilib.
Sonda İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.