27.07.2024

AVMVİB sədri polis işçilərinə Peşə bayramı günü münasibəti ilə təbrik ünvanladı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə asayiş keşikçilərini təbrik etmişdir.

F.Rzaquliyev bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi günün — 2 iyul tarixinin müstəqil Azərbaycan Respublikasında məhz Polis Günü kimi qeyd edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, 2 iyul tarixi hər il Azərbaycanda Polisi Günü kimi qeyd edilir.

Vətən müharibəsi dövründə polis işçilərinin mindən çox şəhid verdiyini xatırladan F.Rzaquiliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sıralarında çoxsaylı polis müharibə veteranlarının olduğunu vurğulamış, Səbail, Pirallahı, Qaradağ, Qəbələ, Zərdab, Ucar şöbə sədrlərini və polis veteranları əlamətdar gün münasibətilə təbrik etmişdir.

AVMVİB sədri təbrikdə həmçinin 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərdiyini, Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edilərək respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətlərinin olduğunu vurğulamışdır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: