21.11.2024

AVMVİB sədri yeni nəzarət-buraxılış məntəqəsi haqqında danışdı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərində qurulan yeni nəzarət-buraxılış məntəqəsi ilə bağlı Fedai.az saytına açıqlama verib.

F.Rzaquliyev bildirib ki, qeyd edilən yolun üzərində təsis edilən yeni nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlayacağı gözlənilən idi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq Azərbaycanın bu addımı atması zəruri idi və ona görə də gecikmədən həyata keçirildi. Beləliklə də, edilən təhdidlər və təxribatlar nəzərə alınmaqla, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı artıracaq, qanunun aliliyi isə təmin ediləcəkdir.

Rusiya qoşunlarının sülhə deyil, erməni məramına xidmət edən komandanlığıdır. Buna görə də Erməniməramlı rus qoşunları Azərbaycanı dərhal tərk etməlidir, İvanlara «idi domoy» deməyin vaxtı çatıb.

Füzuli Rzaquliyev əlavə edib ki, Xankəndidə oturacağımız günə çox qalmayıb. Ərazi bütövlüyümüz bizim qırmızı xəttimizdir. Azərbaycan xalqı böyük xalqdır. Arazın o tayı da, bu tayı da bizimdir, Təbriz Azərbaycan şəhəridir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: