AVMVİB-in Tərtər rayon şöbəsi onları təltif etdi
Tərtər rayon Mərkəzi Xəstəxananın Laboratoriya şöbəsinin müdiri Məmmədov Şəmşir Məhəmməd oğlu, laboratoriyanın həkimi Sadiqi Salman Yunsur oğlu və anbardar Musayev Rövşən Bakir oğlu I və II Qarabağ müharibəsi dönəmində göstərdiyi xidmətlərə, həmçinin səhiyyə sahəsində səmərəli fəaliyyətinə və ictimai fəallığa görə AVMVİB-nin Tərtər rayon şöbəsinin sədri İsayev Çingiz tərəfindən Medal və Fəxri fərmanla təltif olunublar.
Elçin Qədirov