27.07.2024

Hippokrat andına sadiq həkim: Rasim Qüdrətov- 58

Peşəkarlığı, humanistliyi,yüksək intellekti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, qorxmazlığı, insanpərvərliyi, təvazökarlığı, vətənpərvərliyi,xeyirxahlığı, böyük idarəçilik və təşkilatçlıq bacarıqları ilə seçilən, ali dərəcəli baş həkim, Daxili İşlər Nazirliyinin  Tıbb İdarəsində, DİN-in  A.Heydərov adına Hospitalında müxtəlif vəzifələrdə, Daxili Qoşunların  Hərbi hospitalı rəisinin müalicə işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində isə Hərbi həkim komissiyasının sədri, Tibb xidmətiində baş zabit və  Tıbb xidmət rəisi (şöbə səlahiyyətli) vəzifələrində Vətənə, Xalqa şərəflə  xidmət etmiş ehtiyatda olan tibb xidməti polkovniki Qüdrətov Rasim Dərgah oğlunun fevral ayinın 11 də 58 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi tibb xidməti polkovniki Rasım Qüdrətovu  doğum günü  münasibətilə səmimi qəlbdən   təbrik edir, ona  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib  tükənməyən nailiyyətlər arzulayir.

    Arzu edirik ki, Rasim Həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

 Ehtiyatda olan tibb xidməti polkovniki Rasim Qüdrətov Azərbaycan Dövlətcliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,öz xidməti vəzifələrinin yerinə yetrilməsində yüksək peşəkarlıq göstərdiyinə və xüsusi fəriqləndyinə görə  Azərbaycan Respublikasının Prezidentinin, Daxili İşlər Nazirinin, Daxill Qoşunlar Komandanının ,onun müavinlərinin,tibb xidməti idarə və şöbə rəislərinin, DİN-in  A.Heydərov adına  və Daxil Qoşunların hərbi  hospital rəislərinin müvafiq sərancam və əmirləri ilə “Əla xidmətlərə görə” döş və yubiley nişanları ilə təltif  olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkur edilib və aşağıdakı medalarla təltif edilib:

1.”Hərbi xidmətlərə görə” medalı ilə,

2.”Hərbi xidmətdə fəriqləndiyinə görə”3- cü dərəcəli medalı ilə,   

 3.”Qusursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3 -cü dərəcəli medaları ilə,

 4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi” yubiley medaları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RASİM HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüquq işlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: