TƏBRİK: MAYOR AZƏR MURTUZƏLİYEV — 52
Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 25 ilini çox şərəfli xidməti yolunu keçirən ehtiyatda olan mayor Murtuzəliyev Azər Hasil oğlunun 05 fevral 52 yaşı tamam olur.
Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Azər Hasil oğlu Murtuzəliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ehtiyatda olan mayor Murtuzəliyev Azər Hasil oğlu 05 fevral 1971-ci ildə Sumqayıt şəhərində anadan olub.
O,1988-ci ildə Sumqayıt şəhəri 21 nömrəli orta məktəbi, 1989-1993-cü illədə Ordu Generalı Yepişev adına Doneski Ali Hərbi Siyasi mühəndis və rabitə qoşunları məktəbini bitirib.
Azər Hasil oğlu Murtuzəliyev , 1993-1999-cü illərdə Doneski şəhəri, Lenin adına rayonun Daxili İşlər Orqanında Cinayət axtarışları şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
2000-2002-ci iliərdə isə Müstəqil Respublikamızın Daxili işlər Nazirliyinin Daxili Qoşunların Sumqayıt hərbi hissəsində 2-ci patrul bölüyündə taqım komandiri, 2002-2005-ci illərdə Montin hərbi hissəsində bölük komandiri, 2005-2011-ci illərdə isə Qala hərbi hissəsində Tədris şöbəsinin Planlaşdırma bölməsində zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Azər Murtuzəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
2014-2017- ci illərdə Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların Ali Hərbi Məktəbin Ümumqoşun fənləri və atəş hazırlığı kafedrasında » Hərbi Mühəndis hazırlığı»fənni üzrə mülki müəllim vəzifəsində çalışmışdır. Kursantlara Mühəndis qoşunlarının əsas tapşırıqları, Mühəndis kəşfiyyatının məqsədləri, tapşırıqları və aparılması üsulları haqqında, biliklərin verilməsində, fortifikasiya qurğularının təsnifatını, səngərlərin yerinin seçilməsi, qurulması və maskalanması qaydaların öyrətməkdə, partladıcı maddələrin təsnifatını, atımların növləri, partlayış üsulları və partlayış vasitələri haqqında biliklərin verilməsində, mühəndis maneələrinin növləri, qurulması, masqalanması və rəf edilməsini öyrətməkdə, peşəkar zabitlərin,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların , kiçik komandir heyətinin və kiçik mütəxəssislərin yetişməsində, eləcədə onların komandir, döyüş və içtimai siyasi hazırlığında xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
Azər Murtuzəliyevin qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl insan, Azərbaycanımızın bu günu, sabahı ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli,güclü və firavan görmək istəyir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və içtimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 il Qüsursuz xidmətinə görə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yübileyi medalları ilə, Ali Hərbi Məktəb və Hərbi Akademiya rəislərinin, hərbi hissə komandirinin pul ,fəxri fərmanlarla ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZƏR MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev