Şərəfli ömür yolu: Nəvai Məmmədov-61
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi,peşəkarlığı, hümanistliyi və işgüzarlığı ilə secilən Müharibə Veteranı istefada olan mayor Məmmədov Nəvai Nuru oğlunu dogum günü münasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik, Nəvai Məmmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni illi isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Məmmədov Nəvai Nuru oğlu 1962-ci ilin yanvar ayının 28 də Kəlbəcər rayonunda zəhmətkeş ailədə anadan olub.O,1979 cu ildə Kəlbəcər rayonun Caykənd orta məktəbi ,1987 ci ildə Azərbaycan Dövıət pedoqoji instutunu, 1998-ci ildə isə Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini bitrib.Nəvai Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim- metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə,komanda – qərargah məşqlərdə fəal iştirak edib.
O,Azərbacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.Müharibə veteranıdır Göstərdiyi döyüş rəşadətinə görə yoldaşları arasında böyük hörmət qazanmış istefada olan mayor Nəvai Məmmədov 1981- 1983 cü illərdə Sovet Ordusunun Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1987- 1991 -ci illərdə Xəzər( əvvəlki Əzizbəyov) rayonun ərazisində yerləşən 42 nömrəli texniki- peşə məktəbində hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi vəzifəsində işləyib
1992-2011-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi hissələrində taqım, bölük komandirinin müavini, bölük komandiri və avtomobil və zirehli texnika xidməti rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib,2011-2015 ci illərdə isə Dövlət və özəl müəssisələrində Qaraj müdürü vəzifəsində olub.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
İşgüzarlığı,yüksək intellektual səviyyəsi və idarəcəlik qabiliyyəti ilə secilən Nəvai Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hissənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir, əsgər və çavuşlarla isə Döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, Avtomobil və Zirehli texnika xidməti üzrə nümunəvi göstərici məşğələlərin keçirilməsi və eləcə də avtomobi xidməti üzrə kiçik mütəxəssislərin hazırlanmasında üzərinə düsən vəzifələrin tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
İstefada olan mayor Nəvai Məmmədovun Daxili Qoşunlarında səmərəli
fəaliyyəti həmişə lazımınca qiymətləndirlib.Cinayətkarlığa qarşı mübarizə və ictmai asayişin qorunmasında,xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə o, Azərbaycan Respublikası Prezidentinin adından, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə “Qüsursuz Xidmətə Görə 2-ci və 3-cü dərəcəli medalla, «Silahlı Qüvvələrin 10 və 90 illiyi» yubiley medalları ilə, döş və yubiley nişanları ilə təltif olunb, bir cox fəxri fərmanlarla,qiymətli hədiyyələtlə təltif olunub və ona təşəkkur elan edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NƏVAİ BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev