27.07.2024

Təbrik: İqbal Cəfərov — 53

İnsan üçün ən yaddaqalan      günlər dən bir onun doğum  gündür.Yaşın üstə yaş gəldikcə insan daha da kamilləşir.

     Belə insanlardan biri də, Daxili İşlər Nazirliyin Daxli Qoşunlarında öz dəsti – xətti olan, yüksək peşəkarlığı, humanistliyi, ictimai işlərdə fədakarlıq göstən,    dostlarına, yaxınlarına isti münasbətdə olan,  hec kəsi  özündən incitməyən, xoş rəftarı  və şirin dili ilə  hər kəsə doğmalıq münasbəti yaradan,  dəqiqliyi, təmkinliyi, səmimiyyəti, dərin zəkası və sadəliyi ilə seçilən ömrünün ən məhsuldar (ən yaxşı) dövrünün  27 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Cəfərov İqbal  Qiyas oğlunun yanvar 7- də   53 yaşı tamam olur. Bu gün münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyinin  rəhbərliyi, ehtiyatda olan  polkovnik- leytenat İqbal Qiyas oğlu Cəfərovu təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadəti  və həyat yollarinda    bitib -tükənməyən nailiy-yətlər arzulayır.Arzu edirik,İqbalın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Cəfərov İqbal Qiyas oğlu 7 yanvar 1970-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu  kəndində anadan olub.O,  1987-ci ildə   Gədəbəy rayonunun  Düz Rəsullu kənd orta  məktəbi ,1993-cü  ildə Azərbaycan Dövlət Neft Akademiyasını (mühəndis — sistem texnik fakultəsini) bitrib, İqbal Cəfərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyədə «ASELSAN» İsraildə «Tadiran şirkətlərinin texniki” kurslarında və olub.Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrdə keçirilən  bir çox metodiki- təlim- toplanışlarda,  xüsusi – taktiki təlimlərdə, komanda — qərargah məşqlərində, seminar və konfraslarda fəal iştirak edib.

   İqbal Cəfərov 1993-cü ilərdə SSRİ  Müdafiə Nazirliyinin hərbi hava qüvvələrinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.  1993- 2019-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Gəncə şəhərində, Hacıqabul,  Zaqatala və Xəzər rayonunlarda yerləşən hərbi hissələrində  və Ali hərbi məktəbdə, proqramçı- mühəndis,  AİS  xidmətinin rəisi, Rabitə  və AİS xidmətinin rəisi, Ali hərbi məktəbin tədris şöbəsində baş müəllim, DİN-in Daxili Qoşunların Bas İdarəsində isə Katiblik rəisinin müavini-Nəzarət bölməsinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan Polkovnik — leytenant  Cəfərov İqbal Qiyas oğlu  2020-ci illərdən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Ünverstetinin nəzdin-də texnologiya kolleci -ndə proqramlaşdırcı-mühəndis  müəllim vəzifəsində  işləyir. O,1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib iştirak edib,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsin-dən layiqincə gəlib. Müharibə Veteranıdır

       İqbal Qiyas oğlu Cəfərov DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi  , oxuduğu   orta və ali məktəblərdə həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.

    İqbal  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respubli-kasının Konstitusi-yasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  Hərbi  və Daxili Qoşunların Döyüş Xidməti nizamna-mələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclar-ının icrasna məsuliy-yətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yeri-nə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

  O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisə-lərində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorun-masnda, şəhərdə, yaşayış məntəqələ-rində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütə-şəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında, zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

   İqbal  hərbi xidməti vəzifələrinin icrası za-manı yüksək mənəvi -doyüs  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmlən-dirilməsində yüksək göstəricilərə nail ol-duğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Koman-danın və onun müavinlərinin,  ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə Görə» döş, yubiley və müvafiq idman  dərəcələri  nişanları ilə təltif olunub,bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafat-landırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığın-dakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstər-diyinə görə Azərbay-can Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubley  medallarl ılə təltif olunub.

Azərbaycan Respubli-kasının Prezidentinin  11 mart  12015 -ci        il  tarixli   1027     saylı

sərəncamına əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 23 -cü il dönümü ılə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak edərkən, döyüş zamanı igidlik göstərdiyinə və xidmət vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. İQBAL

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: