Şərəflə Yaşanan Ömür Yolu: Mübariz Quliyev -50
İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, təvazökarlığı, işgüzarlığı və səmimiyyəti ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Quliyev Mübariz Hacı oğludur. Yanvar ayının 5– də onun doğum günüdür.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan Müharibə Veteranı Mübariz Quliyevi doğum günü münasibətilə , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
Arzu edirik ki, Mübariz Quliyevin yaşının üstə gələn bu yaş ona, sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
İctimai işlərdə fədakarlıq göstərən, dostlara, yaxınlarına isti münasibətdə olan Mübariz Hacı oğlu Quliyev, 1973- ci ilin yanvar ayının 5 – da Sumqayıt şəhərində ziyalı ailəsində dünya göz açıb. O, əslən Tovuz rayonundandır.
Yüksək peşəkarlığın ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirən Mübariz Hacı oğlu Quliyev, 1989 — cu ildə Sumqayıt şəhərində orta məktəbi , 1996 -cı ildə isə Texnologiya Ünverstetini bitrib.
Xoş ünsiyyəti və təvazökarlığı ilə fəriqlənən 2 – ci qurup əlili Mübariz Quliyev 1991- 1992- ci illərdə könülü olaraq Azərbaycan Ordusunun Tovuz rayonun ərazisində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət edib.
Bacarıqlı , təşkilatcı və qayğıkeş insan 2- ci qurup əlil Mübariz Quliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda (Tovuz rayonu istiqamətlərində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və ağır yaralanmışdır.
Əsli vətəndaşlıq mövqeyi ilə secilən, sadə insan, zəngin mənəviyyat sahibi olan Mübariz Quliyev 2017 -ci ilə kimi, AVMVİB – in Sumqayıt şəhər şöbəsinin sədri olub. O, hal- hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinidir.
O, könulü olarq Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Sumqayıt şəhər şöbəsiində müvafiq ictimai vəzifəni yerinə yetrdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamə-tində, Hərbi Andın, Hərbi nizamnamələrin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tap-şırıqların öhtəsindən layiqincə gəlmişdir.
İş və döyüşcü yoldaşları Mübariz Hacı oğlu Quliyevi vətənpərvər, qorxmaz, səxavətli, əliacıq və zəhmətkeş insan kimi dəyərləndirirlər.O, istər təhsil aldıgı dönəmdə , istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba arasında özünə layiq hörmət qazanıb.
Vətənsevər bütün sınaqlarından ləyaqətlə cıxan, Mübariz Quliyev xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Müdafiə Nazirinin Müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərnin,Azərbaycan- Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının, Sumqayıt şəhər Yeni Azərbaycan Partiya sədirinin müvafiq əmrləri ilə bir sıra medalarla, döş nişanları ilə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MÜBARİZ BƏY.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, SAĞLAM YAŞA!
Azerbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev