TƏBRİK: MƏMMƏDOV İLQAR MƏHƏMMƏD OĞLU — 55
Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyyatda olan polkovnik- leytenant Məmmədov İlqar Məhəmməd oğlunun 03 yanvar 2022 ci il tarixndə 55 yaş tamam olur.
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyyatda olan polkovnik- leytenant İlqar Məmmədovu səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Məmmədov İlqar Məhəmməd oğlunu 03 yanvar 1968 ci ildə Cabrayıl rayonunun Çüllü kəndində anadan olub.
O, 1985-ci Cabrayıl rayonunun Cüllü kənd orta məktəbəini (əla qiymətlərlə), 1990-ci ildə Sverdlovsk Ali hərbi məktəbi (əla və yaxşı qiymətlərlə) bitrib. Daxili Qosunlarda xidmət etdiyi illər ərzində bir çox kuruslarda, metodiki- təlim toplanışlarda, komanda-qərargah (xüsusi- taktiki ) təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Məmmədov İlqar Məhəmməd oğlu 1990-1991-ci illərdə Müdafiə Nazirliyinin hərbi hissələrində böluk komandirinin müavini, Artileriya ximətinin rəisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə və Sumqayıt şəhərlərində, Nərimanov Xətai, Lənkəran və Xəzər rayonlarında yerləşən hərbi hissədə və Ali hərbi məktəbdə, böluk komandirinin müavini, Artileriya ximətinin rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandirinin müavinini-qərargah rəisi, Daxili Qoşunların Ali Hərbi məktəbində isə kafedera rəisinin müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik-leytenant İlqar Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Qazax, Goranboy, Murovdağ, Ağdam, Ağdərə və Füzuli istiqamətində) gedən döyüşlərdə iştirak edib və yaralanıb .
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik- leytenant İlqar Məhəmməd oğlu Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın,onun müavinlərinin,Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş, yubley və müvafiq idman dərəcəsi nisanları ılə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı»,»Qüsursuz Xidmətlərə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 70-iliyi ,10-illiyi, 90-illiyi və 95-iliyi yubiley medaları ılə təltif olunub
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev