SƏRƏFLƏ YAŞANAN ÖMÜR YOLU MÜBARİZ VƏLİYEV -68
İnsan üçün ən yadda qalan günlərdən biri də onun doğum günüdür. Yaşının üstə yaş qalandıqca insan daha da kamilləşir. Belə insanlardan biri də Müharibə Veteranı istefada olan kapitan Vəliyev Mübariz Həmid oğludur. 24 dekabrda onun 68 yaşı tamam olur. Belə bir əlamətdar gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Müharibə Veteranı istefada olan kapitan Vəliyev Mübariz Həmid oğlunu səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.
Arzu edirik, Mübariz Vəliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı istefada olan kapitan Vəliyev Mübariz Həmid oğlu 24 dekabr 1954-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kəndində anadan olub. O, uzun müddət DİN-in Daxili Qoşunlarının hərbı hissələrində hərbi hissə komandirinin maddi- texniki təminat xidmətləri üzrə müavinini vəzifə-lərində xidmət etmiş Müharibə Veteranı ehtiyatda olan polkovnik Vəliyev Rəsul Həmid oğlunun doğma qardaşıdır.
Müharibə Veteranı istefada olan Kapitan Mübariz Vəliyev, Gürcüstan Respublikasının İlməzli tam orta məktəbi, Din- in Daxili Qoşunların Tiflis şəhərində yerləşən gizirlər məktəbini, və Tiflis şəhər Dövlət İnistutunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Tiflis və Krasnodar şəhərlərində yerləşən hərbi hissələrində kecirlən metodiki- təlim toplanışlarda, kurslarda, xüsusi – taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etib.
Vəliyev Mübariz Həmid oğlu 1973- 1975 -ci illərdə Sovet Ordusunun Ukrayna Respublikasının Jitomir şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətə olub.
Müharibə Veteranı Mübariz Həmid oğlu Vəliyev 1976-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gürcüstan Respublikasının Tiflis və Rustavi,Rüsiya Respublikasının Krasnodar şəhərində, Azərbaycan Respublikasının isə Xətai, Nərimanov, Binəqədi, Xəzər, Şahbuz rayonlarında yerləşən hərbi hissələrində qarovul rəisi, taqım komandiri, axtariş qurupun rəisi, Atəş-Sınaq (Təlim) mərkəzinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsində isə Qoşunların təlim-tədris mərkəzının ılk rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir .
Mübariz Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Kapitan Vəliyev Mübariz Həmid oğlu peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib.
Mübariz Vəliyev 1976- 1997-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Krasnodar şəhərində, Gürcüstan və Azərbaycan Respublikalarında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında ,mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, Fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Kapitan Vəliyev Mübariz Həmid oğlu Daxili Qoşunların Gürcüstan Respublikasının Rüstavi şəhərində yerləşən kanvoy- mühafizə bölüyündə (taborunda) qarovul rəisi vəzifəsində xidmət etdiyi illər ərzində hərbi qulluqçuların təcürbələlərinin, digər hərbi qulluqçular arasında yaymaq məqsədilə Xidmət etdiyi konvoy-Mühafizə alayında bütün qarovul rəisləri arasında bir necə dəfə «ƏN YAXŞI QAROVUL RƏİSİ » olmuşdur.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Diviziya,hərbi hissə,tabor və böluk komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə görə 1-ci və 2-ci dərəcəli döş , yubley və müvafiq idman dərəcəsi nişanı ilə təltif olunub və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə ,təlimlərdə, xüsusi əməliyyatlarda, axtarışda olan şəxslərin tutulmasında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə SSRİ Ali Soveti adından «Qüsursuz xidmətlərə görə 2-ci və 3-cü dərəcəli, » Siahlı Qüvvələrin yaranmasının» isə 70-iliyi yubiley medalları ilə təltif edilib.
GÜNƏŞ QƏDƏR İSTİ.QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİ İLƏ. AD GÜNÜN MÜBARƏK OLSUN… Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrəmüavini polkovnik Salman Musayev