ŞƏRƏFLİƏ YAŞANAN ZABİT ÖMRÜ: ELDƏNİZ MİRZƏYEV — 51
Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə (təcürbəsi ilə), işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 ildən cox şərəfli xidməti yolununun iyirmi iki ilini hərbi xidmətdə, doqquz ilini isə Sumqayıt şəhər polis idarəsində keçirən ehtiyatda olan polkovnik Mirzəyev Eldəniz Fariz oğlunun dekabr ayının 15 – də 51 yaşı tamam olur. Bü gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi,daimi həyatın bütün cətinliklərindən alınıacıq və üzüağ cıxan ehtiyatda olan polkovnik Eldəniz Mirzəyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu ediriki, Eldənizin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Mirzəyev Eldəniz Fariz oğlu 15 dekabr 1971-ci ildə Xankəndi şəhərində anadan olub. Eldəniz Milli Qəhrəman (şəhid) polkovnik- leytenant Mirzəyev Şirin Vəli oğlunun qardaşı oğludur. Mirzəyev Eldənizin qardaşı Mübariz Mirzəyev 1992-ci ilin iyul ayında Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub .
Eldəniz,1988-ci ildə Xankəndi şəhərində tam orta məktəbi,1994 -cü ildə isə Simferopol ali hərbi siyası inşatçılar məktəbini bitirib. Eldəniz Mirzəyev Daxili Qoşunlarda və Sumqayıt şəhər polis idarəsində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Daxili Qoşunların hərbi hissələrində və Din-in Sumqayıt polis İdarəsində kecirlən bir çox metodiki- təlim toplanışlarda,komanda – qərargah məşqlərində, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Polkovnik Mirzəyev Eldəniz Fariz oğlu 1989-1990 ci illərdə Sovet ordusunun Xabarovsk( diyarında) şəhərində yerləşən hərbi hissələrind müddətli həqiqi hərbi xidmətdə olub. 1994-2011 -ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Maddi- texniki təminat idarəsində xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov və Lənkəran şəhərlərində yerləşən hərbi hissələrində hərbi hissə komandirinin Maddi- texniki təminat xidmətləri üzrə müavini, Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissələrindən birinin komandiri , 2011- 2020 -ci illərdə isə Sumqayıt şəhər polis idarəsində Əlahiddə post- patrul xidməti taborunun komandiri vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Eldəniz Mirzəyev Daxili Qoşunlarda və Sumqayıt şəhər polis İdarəsində xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harda xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədələtlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.
Mirzəyev Eldəniz Fariz oğlu, həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Sumqayıt şəhər polis idarəsində rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi və polis andının tələblərinə eləcədə vəzifə borclarının icracına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti- tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçuları və polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.
Polkovnik Mirzəyev Eldəniz Fariz oğlu Daxili Qoşunlarda və Sumqayıt şəhər polis idarəsində xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər,əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də oxuduğu orta və ali hərbi məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Fariz oğlu Eldəniz Mirzəyev Daxili Qoşunlarda və Sumqayıt şəhər polis idarəsində xidmət etdiyi illər ərzində bir çox peşəkar zabitlərin, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçuların,sıravi və kiçik rəis heyətinin (polis əməkdaşlarının) yetişməsində, Daxili Qoşunların hərbi hissə və əlahiddə bölmələrində isə maddi -texniki təminat xidmətlərinə həvala edilmis vəzifələrin layiqincə yerinə yetirilməsində xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvaiq əmri ilə Mirzəyev Eldəniz Fariz oğluna Mükafat qaydasında tütduğu vəzifədən bir pillə yuxarı polis polkovniki rütbəsi verilib
Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş ( peşə) və ictimai sıyası hazırlığında, nizam və intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə və nümunəvi xidmətinə görə, ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və Sümqayıt Şəhər Polis İdarəsinin rəisinin müvafiq əmrləri ilə «ƏLA XİDMƏTLƏRƏ GÖRƏ » döş, yubiley, idman dərəcəsi nişanları ilə təltif olnub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət, fədakarlıq, hərbi xidmət keçdiyi dövürdə digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə » Hərbi xidmətlərə görə»- 3 -dərəcəli, «Qüsursuz Xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-illiyi və 90-illiyi yubley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELDƏNİZ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev