02.11.2024

ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMÜRÜ: NİZAM SƏFƏRƏLİYEV — 59

Yüksək peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi,mənəvi və işgüzar keyfiyyətidəqiqliyi, təmkinliyi, sadəliyi, təmkinliyi  eləcədə, bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyyətlər ilə  seçilən  ömrünün ən məhsuldar  dövrünün 4ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  və İdman sahəsində keçirən Müharibə Veteranı və SSRİ İdman ustası ehtiyatda olan mayor Səfərəliyev Nizam Mühəddin oğlunun  dekabr ayının 11 – də  5yaşı tamam olur.

 Daim həyatın bütün  cətinliklərindən alnıacıq və  üzü ağ  cıxan   Müharibə  Veteranı və SSRİ İdman ustası  istefada olan  mayor Nizam  Səfərəliyevi doğum gün münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi  səmimi  qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.

Nizamın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

      Mayor Səfərəliyev Nizam Mühəddin oğlu  11 dekabr 1963 -cü ildə Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Oçamçira rayonunda          zəhmətkeş ailədə dünyaya göz açıb.

     O, Baki şəhər Təhsil İdarəsinin Nərimanov rayonunda yerləşən orta məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitrib. O,Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, eləcədə Azərbaycan Respublikasının yığma komandasının tərkibində  keçirilən bir çox toplanışlarda, məşqlərdə (təlimlərdə)  seminar və konfranslarda fəal iştirak etmişdir.

     Nizam Səfərəliyev  1982-1983-cü illərdə Sovet ordusunun Bakı şəhərində yerləşən Mərkəzi ordu kulubunda  müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1988- 1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Konvoy (Mühafizə) və Əməliyyat alaylarında idman  üzrə baş təlimatçı,Diviziya komandirinin auditantu  vəzifələrində xidmət etmişdir.

      İdman ustası  mayor Səfərəliyev Nizam Mühəddin oğlu, 1992-2008-ci illərdə Azərbaycan Respublikasının  Daxili Qoşunların Baş idarəsinin Konvoy (Mühafizə) alayında idman və fiziki hazırlıq rəisi, Daxili Qoşunların Bas İdarəsinin  Binəqədi rayonunda yerləşən hərbi hissədə Xüsusi təyinatlı taqım komandiri, DQBİ- nin Əlahiddə idman bölüyünün komandiri, DQBİ- nin  Əlahiddə İdman komandasının rəis müavini vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.O, 2009-cu ildən etibarən İdman sahəsində məşqçi işləyir.Nizam Səfərəliyin hazırladığı və məşq edirdiyi bir cox idmançılar Ölkə, Avropa cempionatların və beynəlxalq turnirlərdə ən yüksək nəticələr əldə etmişlər.

      Mayor Səfərəliyev Nizam Mühəddin oğlu     bir çox Azərbaycan, SSRİ və Avropa  çempionatlarında, Beynalxaq turnirlərdə, Daxili İşlər və Müdafiə.Nazirliklərinin, təşkil etdiyi  yarışlarda (hərbçilərin çempionatlarında)  iştirak edərək  cempion olmuşdur.  Nizam İdman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ idman ustası adına layiq görülmüş, qızıl, gümüş  və  bürünc   medalarla  təltf olnub,.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər  yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində , məşq etdiyi idman klublarında,  istərsə də, xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba  arasında özünə layiq hörmət qazanmışdır.

      O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və idmancı kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur

      Nizam Sefərəliyev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında  və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandiri və onun müavinlərinin müvafiq əmrləri   ilə “Əla xidmətlərə Görə” döş , idman  və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidmətdə və İdman sahəsində fəriqləndiyinə görə Mayor Nizam Səfərəliyev Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının» isə 10-illiyi  və 90-iliyi  medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NİZAM BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 =Vətən Müharibəsi Veteranları İctimai  Birliyi  sədrinin  üqüqi  məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: