27.07.2024

AVMVİB “Müharibə Veteranlarına Hüquqi Yardım” adlı tədbir keçirdi

23 noyabr 2022-ci il tarixdə Azarbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə İsmayıllı rayonunda Heydər Əliyev adına mərkəzdə “Müharibə Veteranlarına Hüquqi Yardım” adlı tədbir keçirilmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan I və II Qarabağ müharibəsi döyüşlərində mərdliklə döyüşmüş İsmayıllı rayonundan olan veteranların iştirak etdiyi tədbirdə veteranların yerlərdə üzləşdikləri sosial problemlər dinlənilmiş, həlli yolları izah edilmiş və onlara hüquqi məsləhətlər verilmişdir.

Tədbirdə Azərbaycan Vətən Müharıbəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, AVMVİB Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev, Mətbuat xidmətinin rəhbəri mərhum Xaqanı Rzaquliyev, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov, AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Ravil Pənahov, İsmayıllı rayon icra hakimiyyətinin məsul əməkdaşı Nəsimi Teymurov iştirak edirdilər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: