08.09.2024

Başsağlığı: Allah rəhmət eləsin!

AVMVİB Rəhbərliyi və AVMVİB Zəngilan rayon şöbəsi rəhbərliyi AVMVİB üzvü Mehdi Şahməmmədova qardaşının vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Zəfər bayramı ərəfəsində üzücü xəbər aldıq. Zəngilanımızın Bartaz kənd sakini, AVMVİB-nin fəal üzvü Mehdi Şahməmmədovun, şəhid Yanvar Şahməmmədovun qardaşı Şahməmmədov Xaliq Famil oğlu qəfi ürək tutmasından 46 yaşında vaxtsız vəfat edib.

Allahdan Xaliq qardaşımıza rəhmət diləyir, mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə baş sağlığı veririk. Qeyd edək ki, mərhum Xaliq Şahməmmədovun oğlu Famil Şahməmmədov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Ali Baş Komandan İlham Əliyev tərəfindən 5 medalla təltif olunmuşdur.

Allah rəhmət eləsin!

AVMVİB Zəngilan rayon şöbəsi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: