27.07.2024

Yaşamağa dəyən qəhrəman döyüşçü, əsl alim və şərəfli ziyalı ömrü — Zəfər Abbasov!

Müharibə veteranımız haqqında facebook səhifəsində paylaşılmış bir statusu diqqətinizə çatdırırıq:

Tələbə olarkən Gədəbəy cəbhəsində işğalçı düşmənə qarşı özünün qəhrəmanlıq imzasını tarixə yazan Qarabağ müharibəsi veteranı, Vətənimizin dəyərli vətəndaşı, alimi, həmdə gözəl şairi, yazıçısı, dövlətmizin və cəmiyyətimizin inkişafında, xalqımızın savadlanmasında öz yeri olan Gədəbyimizin dəyərli ziyalısı, Gəncə Dövlət Universitetinin dosenti, Riyaziyyat üzrə fəlsəfə elmləri doktoru Zəfər Abbasovu qrupumuza xususi təqdim etməyə ehtiyac yoxdur.

Amma Zəfər müəllimin 2022-ci ildə elm və bədii yaradıcılıq sahəsində qazandığı uğurlarını paylaşmaq və sevincimizi bildirmək vacibdir. Zəfər müəllim gözəl əxlaqi keyfiyyəti, xoş münasibətiylə qrupumuzda hamının hörmət və ehtiramını qazanmış əziz ziyalımızdır.

2002-ci ildən Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinində Riyazi fizika tənlikləri, Adi və xüsusi törəməli diferensial tənliklər və Riyazi analiz fənnlərini tədris edir. Elmlər doktoru proqramı üzrə Gəncə Dövlət Universiteti-nin dissertantıdır və elmi iş üşərində çalışır. 50 -dən çox elmi məqalə və ya əsərin müəllifidir. 2022-ci ildə 2 dərs vəsati, 2 fənn programmı və 2 sənədli romanı çap olunub.

Umumilikdə 6 dərs vəsaitinin, 6 bədii əsərin və 2 fənn proğramının müəllifidir. Zəfər müəllim xidmətləri nəzərə alınaraq “Müharibə veteranı”, ” Milli ordu-100”, medalları, «Həzi Aslanov» adına və «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 il»lik yubley medalları və «Müharibə Veteranı» döş nişanı ilə təltif olunub.

Hörmətli Zəfər müəllim, dəyərli Qağamız!

Bütün dostlar və sizi sevənlər adından, Sizin bütün uğurlarınıza sevinir, Sizi təbrik edir, uzun ömür, can sağlığı, elmi-pedaqoji və yaradıcılıq işlərinızdə yeni-yeni üğurlar arzulayırıq.

Əziz Zəfər müəllim, daim xoş xəbərlərinizi və uğurlarınızı eşidək! Ömrünüz xeyirli-bərəkətli, sevinciniz bol olsun!

Facebook: Ариф Джафаров Gədəbəy Şınıx

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: