27.07.2024

Ağdamda şəhidlərimizin ad günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdam rayon şöbəsinin üzvləri olan müharibə veteranları YAP Ağdam rayon təşkilatıyla birgə qəhrəman şəhidlərimiz Ramin Zeynalovun və Adəm Əmirovun ad gününü məzarı başında qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdam rayon şöbəsinin sədri Mərdan Paşayev məlumat verib.
Şəhidlərin məzarı üzərinə güllər qoyulmuş və ruhlarına dualar oxunmuşdur.


Tədbirdə rayon ictimaiyyəti, məktəblilər və şəhidlərin yaxınları iştirak ediblər.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Ağdam

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: