14.12.2024

TƏBRİK: TİBB XİDMƏTI MAYORU NATİQ AĞAYEV — 53

     Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən cəfakeş həkimlərmizdən biri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş ehtiyatda olan tibb xidməti mayoru    Ağayev Natiq Şirzad oğlunun noyabın 1-də  53 yaşı tamam olur.

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi ehtiyatda olan tibb xidməti mayoru Ağayev Natiq Şirzad oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, yaşınızın üstə gələn bu yaş Sizə sevinc dolu günlər bəxş etsin və hər yeni gününüz ötən günlərdən daha gözəl, istəklərinizə uyğun həyatınız daha xoşbəxt keçsin.

      Tıbb xidməti  mayoru Ağayev Natiq  Şirzad oğlu 01 noyabr 1969-cu ildə Lerik rayonunun Buludlu kəndində anadan olub

        O, 1986-cı ildə Lerik rayonunun Buludlu kənd orta məktəbini, 1994-cü ildə isə Azərbaycan Dövlət Tibb Unversitetini bitirib.

        Natiq Şirzad oğlu Ağayev 1988-1989 -cu illərdə  SSRİ Müdafiə Nazirliyinin Qazaxıstan Respublikasında yerləşən hərbi hissələrdə kiçik kamandirlər məktəbini bitiridikdən sonra  çavuş rütbəsində (vəzifəsində) müdddətli həqqi hərbi xidmətdə olub.

      Tıbb xidməti mayoru Ağayev Natiq Şirzad oğlu Ağayev 1994-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkəran  rayonunda yerləşən hərbi hissəsinin tibb məntəqəsində   terapevt, tibb məntəqə rəisi, tibb xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin  Qaradağ rayonunda yerləşən hərbi hissənin (hərbi hospitalın) Sanitar-epidemioloji dəstəsində baş zabit- həkim gigiyenist ,Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində (Sanitar-epidemioloji dəstəsində) isə baş zabit-həkim gigiyenist vəzifələrində xidmət edib.

      Natiq Şirzad oğlu Ağayev 2009-cü ildə «Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin» müvafiq maddəsinə əsasən xəstəliyə görə Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Qaradağ rayon Gigiyena və epidemiologiya mərkəzində şöbə rəisi vəzifəsində işləyir.

        Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ,hərbi andın, hərbi nizamələrin, tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçulara  şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Hippokrat andı içən Natiq həkim o,anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

      Ehtiyatda olan tibb xidməti mayoru Ağayev Natiq Şirzad oğlu  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində xidmət etdiyi illər ərzində, hərbi hissələrdə,əlahiddə bölmələrdə  və böluklərdə kecirlən  təftiş və yekun    yoxlama komissiyanın,məqsədli və kompleks  yoxlama qrupların üzvü olduğü müddətdə  üzərinə düsən vəzifələrin öhdəsindən  layiqincə  gələrək   aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

       O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

       O, Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirləri həyata keçirilməsidə, şəhərdə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi ixtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı  rejim  karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

         Tibb Xidməti mayororu Natiq Şirzad oğlu Ağayev peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, dəqiqliyi və təmkinliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə  seçilən ömrünün  ən məhsuldar dövrünun 28 ildən çox şərəfli xidmət yolununun 16 (on altı ) ilini  hərbi xidmətdə həkim kimi ,12 (on iki)  ilini isə  Qaradağ rayonun Sanitar-epidemioloji dəstəsində kecirir.

       Ehtiyatda olan tibb xidməti mayoru Natiq Şirzad oğlu Ağayevin Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  səmərəli fəaliyyəti həmişə Daxili Qoşunların rəhbərliyi tərəfindən  yüksək  qiymətləndirlib O, Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi -döyuş və ictimai sıyası hazırlığında, hərbı intizamın   

möhkəmləndirilməsində yüksək göstəricilərə  nail olduğuna görə Daxili işlər Nazirinin , Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə

komandirinin müvafiq əmrləri ilə bir əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Natiq Şirzad oğlu Ağayev Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər Nazirnin müvafq əmrləri bir sira medallarla təltif edilmişdir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ HƏKİM!

HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

100 YAŞA, ALLAH SƏNİ QORUSUN !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədir müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: