15.10.2024

Ukraynalı uşaq Ərdoğandan «Bayraktar» istədi

Ukraynada 8 yaşlı Jenya adlı uşağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazması gündəm olub.

Uşaq Ərdoğandan Ukraynaya 1 ədəd də olsa «Bayraktar TB2» PUA-sını göndərməsini xahiş edib. 

Məktubda deyilir:

«Cənab Prezident Ərdoğan! Mənim adım Jenyadır, 8 yaşım var. Qəhrəman şəhər İrpendənəm. Sizdə «Bayraktar» var. Onlar müharibə üçündür. Bizdə də müharibə davam edir. Bizim qələbəmiz üçün, uşaqlar ölməsin deyə ən azı sizdən 1 «Bayraktar» rica edirəm. Təşəkkür edirəm. Yaşasın Ukrayna!»

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: