27.07.2024

Quba rayonu, Çiçi kəndində “Bağ Dadaş” məzarlığının mühafizə çəpəri quraşdırılıb

“Azəri” Tat Mədəniyyət Mərkəzi  Ictimai Birliyi layihənin icrasına davam etdirib.

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Qeyri-Hökümət Təşkilatlarına Dövlət    Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, Quba rayonu, Çiçi kəndində “Bağ Dadaş” məzarlığının mühafizə çəpərinin quraşdırılması layihəsinin icrasını davam etdirir.

Bu layihənin icrasının məqsədi, Quba rayonu, Çiçi kəndindəki, “Bağ Dadaş” məzarlığının ətrafına  mühafizə çəpərinin quraşdırılmasıdır ki, nəticədə məzarlıq mal-qara müdaxiləsindən qorunacaq. Layihənin icrasını təmin etmək üçün, “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHTDDA) ilə müqavilə imzalamış və maliyyə vəsaiti,  İB-nin hesabına köçürülmüşdür. Eyni zamanda layihə rəhbəri və mühasiblə əmək müqaviləsi, təchizatçı şirkətlə mühafizə çəpərini quraşdırmaq üçün 600 metr uzunluğunda sinklənmiş polad məftildən hazırlanmış tor, 240 ədəd dəmir dirək, 1650 metr 2,5 mm-lik məftilin alınması üçün alqı-satqı müqavilələri bağlanmış və lazim olan maeriallar kəndə çatdırıimışdır. Digər təşkilatı işlər də başa çatdırılıb. Belə ki ,Quba rayonu İcra hakimyyətinin  Çiçi kəndi üzrə icra nümayəndəliyi və  Çiçi- Səbətlər bələdiyyəsi ilə birlikdə, mühafizə çəpərinə alınacaq ərazi dəqiqləşdirilmiş və ərazinin ilkin vəziyyəti kamera ilə çəkilmişdir.  Skinlərin səyləri ilə  ərazi kol-kosdan təmizlənmiş və ərazidə mexanizm vasitəsilə torpaq hamarlama işləri aparılmışdır. İcra nümayəndəliyi, bələdiyyə və sakinlərin köməyi ilə məzarlığın  ətrafında çalalar qazılıb, dirəklər sement və doğranmış daş qarşığından hazırlanmış betonla basdırılmışdır. Metal torların çəkilməsi işlərinə də başlanmışdır. Bu işlər başa çatandan sonra metal torun üstündən (iki yerdən) tikanlı məftillərin çəkilməsi nəzərdə tutulub. Bütün quraşdırma işləri yekunlaşandan sonra, mühafizə çəpəri bələdiyəyə təhvil veriləcək.

Sakinlərin çoxdan arzuladığıbu işi dövlət, vətəndaşları üçün icra edib və bununla vətəndaşının məmunluğunu təmin etmiş olub.   

  Elman Əhmədov

“Azəri” Tat Mədəniyyət Mərkəzi Ictimai Birliyinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: