ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK-LEYTENANT ARAZ SÖHRABİ — 59

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Rəhbərliyi ehtiyatda olan polkovnik- leytenant Söhrabi Araz Abdulla oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arazın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Söhrabi Araz Abdulla oğlu 23 oktyabr 1963-cü ildə Gəncə şəhərində anadan olub.

O, 1981ci ildə orta məktəbi, 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialını, 2000-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi (Zabitlərin təhkimləşdirmə kursunu) bitirmişdir.
Ehtiyatda olan polkovnik- leytenant Araz Abbdula oğlu Söhrabi 1981-ci illərdə Sovet ordusunda müdddətli həqi hərbi xidmətdə olmuşdur.
O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Gəncə şəhərində, Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Avtomobil və Zirehli texnika böluk komandiri,Avtomobil Zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi
texniki təminat xidmətləri üzrə müavinin vəzifələrin xidmət edib.
Polkovnik leytenant Araz Söhrabi peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 ildən çoxnu hərbi xidmətdə kecirib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyətin təmin edilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Araz Söhrabi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsin hərbi hissələrində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirnin ,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirlərinin müfaviq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
O, Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə 1-ci, 2-ci medalları ilə təltif və 3-cu dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10, 90 və 95 medaları ilə təltif edilib.
Azərbaycan Respubilkasının Prezidentinin 15 mart 2015- ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların yaradılmasının il dönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə » Hərbi xidmətlərə görə» medalla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ARAZ BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai birliyi sədrinin hüquq məslələri üzrə müavini polkovnik Salman Musayev
