27.07.2024

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi xəstəxanadan evə buraxıldı

Avqustun 18-də Samux rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran Təbriz Abdullayevin vəziyyəti yaxşılaşaraq evə buraxılıb.

Bu barədə APA-ya Nərimanov Tibb Mərkəzindən məlumat verilib.


Qeyd edilib ki, 08.08.2022-ci il tarixində Samux rayon sakini, II Qarabağ müharibəsi qazisi 1989-cu il təvəllüdlü Abdullayev Təbriz Cəmil oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsinə daxil olmuşdu.

Daha sonra ixtisaslı yardım üçün Bakı şəhərinə təxliyyə edilmişdi. A.Təbriz 08.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olmuşdu.

Reanimasiya şöbəsində müalicəsi həkim nəzarəti altında davam etdirilirdi, vəziyyəti ağır olaraq qiymətləndirilirdi. Artıq o, müalicə olunaraq evə buraxılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: