Dünya Türkə əmanət edilib
Dünyada nizam-tərəzi 1552-ci ildə Kazanın işğalıyla Türkün dünya hökmranlığında reqres başladı. Min illər boyunca Vatikanın yürütdüyü tək siyasət Tanrıya qovuşmaq yolunun tapılması deyil, Türkün dünya hökmranlığı taxtından endirilməsi yollarını aramaqdan ibarət idi.
Zaman keçdi. Türk tarixin zəfər dolu keçmişinin xatirəsiylə məst olurkən, yüz cür hiylələrlə, oğurluqla, əxlaqsızlıqla və xəncəri arxadan vurmaqla el birliyi ilə bizləri yendilər. Bizi kiçiltdilər. Bu azmış kimi düşmənlərimizi də kiçiltdilər, Özləri gizlənərək üzərimizə erməni, PKK/PYG kimi qondarma quldur yığnaqlarını yönləndirdilər. Bu gün həmin beynəlxalq imperializmin səsini ABŞ-ın, Fransanın, Almaniyanın, İspaniyanın və bu kluba üzv olan anti türk koalisyonunun ağzından çıxdığını görməkdəyik.
Bir vaxtlar filosov Monteskyö yazırdı: «Ey Atilla! Gəl, gəl də bu fahişə Avropanı cəzlandır!»
Türk taxtdan düşəndən dünyanın düzəni pozuldu. Bütün xalqlara və millətlərə qul gözündə baxdılar. Əsarətə alınan xalqların sərvətləri talana məruz qoyuldu. Bu gün Yaxın Şərqi qan gölünə döndərib mülkü vətəndaşları qaçqına çevirən imperializmin qanlı əməlləri göz önündədir.
Xalqlar ayılmaqdadır. Onlar başlarına gələn faciələrin ünvanını görməkdədirlər. Məzlumların gözü Türkü aramaqdadır. Milyonlarla evsizə qucaq açmış Türkiyə «Barış Pınarı» hərəkatının tək məqsədi bölgədə terrorizmi yox etməkdir. Bu gün terroru bəsləyənlərin iyrənc üzlərini günbəgün daha aşıq görməkdəyik.
Oğuz Xaqan bir vəsiyyətində, Tanrı digər xalqları və dünyanı bizlərə əmanət etdiyini bildirib. Türk dünyagörüşündə «yaranışı yaradana xatir sevmək var. Türk dünya görüşündə və hakimiyyət səltənətində digər xalqlar və insanlar arasında bərabərlik düsturunu tək uyğulamağı bacaran bir millətdir. Qeyri heç bir millət bu düstura əməl etməyi bacara bilməmişdir.
Bu gün «Barış Pınarı» hərəkatı əsgərlərini sevinclə və həsrətlə gözləyən ərəb, kürd və türkmənlərin səmimi bir şəkildə pişvaza çıxmaları qəlbimizi iftixarla doldurur.
Bu dünya ədalətə möhtacdır. Qalx bu ədaləti millətlərə payla. Bu sənin missiyandır. Romanın yaratdığı qondarma xalqlardan hökmran olmaz. Əsli olmayanın nəsli də olmaz!
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri