27.07.2024

Qurban Qurbanovdan «Qarabağ»ın qələbəsi ilə bağlı ilk AÇIQLAMA

«Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik».

Bunu «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda «Olimpiakos»u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis möhtəşəm stadionda çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib: 

«Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: