Bayrağımıza qarşı hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdirildi — DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bərdə rayonunda Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizliklə bağlı hadisəyə reaksiya verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
P.S. Biz öyrəndik. Çox araşdırmaya ehtiyac yoxdur. Bu şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısının baş məsləhətçisi Zöhrab Zöhrabbəyovdur. Üstəlik bu Bərdənin mütləqi hakimi Vidadi İsayevin Azərbaycan və Türkiyə bayraqlarına qarşı növbəti hörmətsizliyidi. Müharibə gedən günlərdə də, ondan sonrakı günlərdə də anoloji addımlar atılmışdı. Görəsən bu başçıya hansı bayraq lazımdır? Yəqin ki, onun havadarları bu sualın cavabını da bilirlər…
Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı edilən mağazaya daxil olaraq kiminləsə mübahisə etdiyi görünür.
Mübahisədən sonra obyektin pəncərəsində asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.
Həmin görüntüləri təqdim edirik: