14.12.2024

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ: FAİQ MƏMMƏDZADƏ — 67

    Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, fədakarlığı ,qəhramanlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən,  cəfakeş həkimlərmizdən  biri olan müharibə veteranı ehtiyyatda olan  tibb xidməti polkovnik -leytenantı Məmmədzadə Faiq Kərim oğlunun  28 sentyabr 67 yaşı tamam olur.

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi ehtiyatda olan tibbi xidməti polkovnik-leytenantı Faiq Məmmədzadəni doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Faiq həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

   Tıbb xidməti polkovnik- leytenantı  Faiq Məmmədzadə 28 sentyabr 1955-ci ildə  Baki şəhərində hərbi həkim ailəsində anadan olub. Atası hərbi həkim mayor Kərim  Hüseyinqulu oğlu   İkinci Dünya vətən müharibəsi iştirakçısı olub.

 O, 1962 -ci ildə Baki şəhərində orta məktəbin birinci sinfinə getmiş, 1972 -ci ildə həmin orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakültəsinə daxil olmuş  1979-cu ildə həmin İnstitutu bitirmişdir.

    Faiq Məmmədzadə Azərbaycan Dövlət Tibb İnstitunu bitrdikdən sonra 1991-ci ilin dekabr ayna kimi Daxili İşlər Nazirliyinin İşlah-Əmək Müəsəsi İdarəsində həkim, 1992-ci ilin yanvar ayindan — 1994-cü ilin dekabr ayına kimi Xüsusi Dövlət Mühafizə Xidmətində tibb xidməti rəisi, 1995 -ci ilin  yanvar ayından — 2003-cü ilin dekabr ayına kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin tibb şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin,direktivlərin, təlimatların, əsanamə və əmirlərin  tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox zabitlərə və hərbi həkimlərə nümnə olaraq Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Faiq  Həkim  o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk təməlinin qoyulmasında iştirak edərək,  Xüsusi Dövlət Mühafizəsinin tibb xidməti rəisi,Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsinin isə  baş zabiti kimi vəzifə və peşə borcunu sədaqətlə həyata keçirmişdir. O, ordu quruculuğunun erkən vaxtlarında coxlu zəhmət tələb olunan bu sahədən öz bilik və baçarığnı əsirgəməmişdir. Vətənin ona olan etimadını layiqincə doğrulda bilmişdir. Belə ki, Qubadlı rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəxsi heyətin sağlamlığnı təmin edərək, ən ağır məqamında harayına catmış, hətta ölümün pəncəsindən belə xilas etmişdir. Ön mövqedə silahdaşları ilə birgə düşmənə qarşı mübarizədə yaxından iştirak edən Faiq həkim, ən çox  vurğunu olduğu peşəsinə bağlıdır.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhərdə və yaşayış  məntəqələrində,  cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi  ixtşaşların qarşlsının alınmasında,    Fövqalədə vəziyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində ona və  tibb şöbəsinə həvələ edilmis vəzifə və tapşırıqların öhtəsindən  layiqincə  gəlmişdir

Tıbb xidməi polkovnik- leytenantı Faiq Məmmədzadə hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ninzamın möhkəmləndirilməsində,yüksək göctəricilərə nail olduğuna, nümnəvi xidmət və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanşdığna görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Daxili Qoşunların Baş idarəsinin  tibb şöbə rəisinin müvafiq əmrləri həvəsləndirmə qaydasında bir sira medalarla, döyüş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlala və  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Faiq həkim qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı zəhmətkeş  həkimdir. O istər təhsil aldıgı  orta və ali təhsil müəssisələrində, istərsə- də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış qohum-əqrəb arasında özünə layiq hörmət qazanmışdır.

   Faiq Məmmədzadə Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün  42 ildən cox şərəfli xidmət yolunun  iyrimi dörd ilini Daxili İşlər Orqanların, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili Qoşunların Bas İdarəsinin tibb xidmətlərində kecirib,   on səkkiz ilini isə MEDERA hospildada  kecirir.

  Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Faiq həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FAİQ HƏKİM!

BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KECİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGİNDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN…BÜTTÜN ARZULARLNININ REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq-məslələri üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: