27.07.2024

TƏBRİK: İSMAYILOV ARİF — 56

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi müharibə veteranı, ehtiyatda olan polkovnik- leytenant İsmayılov Arif Məmməd oğlunu doğum günü munasbətilə səmimi qəlbdən  təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Arifin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin,hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

   Müharibə veteranı polkovnik -leytenant İsmayılov Arif Məmməd oğlu 16 sentyabr 1966-ci ildə Bakı şəhərində anadan olub.

    O,1973-cü ildə Bakı şəhərində 175 saylı orta məktəbin birinci sinfinə getmiş 1983-cü ildə həmin məktəbi bitirdikdən sonra  1983-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutuna daxil olmuş,  1991-ci ildə həmin institutu bitrmişdir. 1984-1986- cı illərdə Sovet ordusunda müdddətli həqi hərbi xidmətdə olmuşdur.

    İsmayılov Arif Məmməd oğlu 1992 -ci ilin yanvar ayından 1993-cü ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Ağdam rayonunda yerləşən Polis şöbəsində, müxtəlif vəzifələrdə işləmiş, 1994- cü illin yanvar ayından  2011-ci ılə kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Xəzər, Binəqədi  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə  taqım və böluk komandiri, ərzaq xidmət rəisi, nizami hissə rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnispeksiyasında inispektor,  Daxili Qoşunların Qərargahında  kəşfiyyat, təşkilat komplektləşdirmə  şöbələrində baş zabit vəzifələrində xidmət etmiş, şöbə rəisinin vəzifələrini isə müvəqqəti icra etmişdir.

    O, peşəkarlığı və səmərəli fəaliyyəti ilə, təşkilatçılıq bacarığı ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, sadəliyi ilə,  səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə seçilən ən məhsuldar dövrünün  21- ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Orqanında və Daxili Qoşunlarda kecirərək, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Müharibə Veteranı  İsmayılov Arif Məmməd oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamələrin və əmrlərin tələblərinə və  vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara nümunə olmuşdur.

     Polkovnik leytenant Arif İsmayılov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanusuz silahlı dəstələrin zərərsizləşdirilməsində, hüquqi  rejim karantin tədbirlərinin həyata keçirilməsndə, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən vaxtında gəlmişdir.

     İsmayılov Arif Məmməd oğlu Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində tədris dövrü üçün döyüş və ictimai sıyası hazırlıq planına əsasən Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində zaitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, nizami hissə və kəşfiyyat rəisləri ilə, boluklərin yazarları ilə , kecirlən məşğələlərin, metodiki təlim toplanışlarının keyfiyyətilə kecirilməsinə məsuliyyətlə yanaşmışdır. Daxili Qoşunların Bas İdarəsinin İnispeksiyasında inispektor vəzifəsində olduğu illərdə  Qoşunların  İdarəsinin idarə, şöbə  və xidmətlərində, hərbi hissə  və əlahiddə bölmələrində  ümümi, təlim yoxlamalarının  kecirilməsi istqamətində üzərinə düşən vəzifə və tapşırıqların   yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə  yanaşmışdır.

    Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant İsmayılov Arif Məmməd oğlu Daxili Qoşunların Baş İdarəsinidə və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

    O, xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Silahlı Qüvvələrinin yaranmasının 10-ilk, 90-ilk və 95- illk yubiley, Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ARİF BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: