27.07.2024

Vətən Müharibəsi iştirakçısı avtomobil qəzasında həlak olub

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi «KİA» markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.

Mənbə: Milli.Az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: