21.11.2024

TƏBRİK: MUSTAFAYEV ZEYDULLA MOBIL OĞLU — 60

 Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsi Rəhbərliyi ehtiyatda olan polkovnik -leytenant  Zeydulla Mustafayevi doğum günü munasbətilə təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

       Zeydullanın  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

       Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin üzvü ehtiyyatda olan polkovnik leytenant  Mustafayev Zeydulla Mobil oğlu 11sentyabr 1962-ci ildə  Quba rayonunun  Afurca kəndində anadan olub.

       O, 1999-cu ildə Quba rayonunun Afurca kəndində birinci sinifə getmiş, 1979- cu ildə həmin məktəbi bitirdikdən sonra, SSRİ Müdafiə Nazirliyinin Sankt -Peterburq (keçmiş Leninqrad) şəhərində yerləşən Majayski adına hərbi mühəndislər İnustutuna daxil olmuş, 1984- cü ildə həmin mühəndislər inustutunu bitirmişdir.

Müharibə veteranı ehtiyyatda olan polkovnik leytenant Zeydulla Mustafayev  1984 — 1991 ci illərdə SSRİ Müdafiə Nazirliyinin Kareliya Respublikasının Petrozovodski şəhərində  və Krım Muxtar Respublikasında yerləşən havadan Hərbi Hava Qüvvələrinin hərbi hissələrində taqım və böluk komandiri vəzifəsində olmuşdur.

   Zeydulla Mustafayev 1992 -ci ilin yanvar ayından  1996 — ci ilin yanvar ayına kimi Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin tərbiyə şöbəsində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında   Təşkilat komplekləşdirilmə şöbəsinin rəisi və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir.

     O, 1996- cı ildən — 2004 -cü ilin dekabr ayının sonadək  Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasında  və  Lənkaran  şəhərində yerləşən  Sərhəd Dəstələrində  hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Dövlət Sərhəd Xidmətinin Baş idarəsində isə tərbiyə şöbəsinin rəisi vəzifəsində xidmət edib.

     Mustafayev Zeydulla Mobıl oğlu peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ən məhsuldar dövrünün 25 illk  şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmişdir.

        O, Azərbaycan Respublikası Konstitutsiyasının  ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycanın Respublikasının Dövlət Sərhəd xidməti və Sərhəd Qoşunları haqqında ) qanunlarına, hərbi andın, hərbi nizamnamələrin,əmrlərin, direktivlərin,təlimatların və əsasnamələrin tələblərinə və vəzifə borcuna  əməl etməkdə tabeliyindəklər ücun nümunə olaraq, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

      Polkovnik leytenant Müstafayev Zeydulla Mobıl oğlu öğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil  cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, Dövlətin ərazi bütövlüyünün təmin olunmasında, Dövlət sərhəddinin mühafizəsinin həyata keçirilməsində,  Fövqəladə vəziyyətin tətbiq edilməsində  üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

    Mustafayev Zeydulla Mobil oğlu Xidmətdə fəriqləndiyinə görə O, SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Azərbaycan Respublikasının  Dövlət Sərhəd xidmətinin rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla və dös nişanları ilə təltif edilib.

       Zeydulla Mustafayev hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətlərinə görə həvəsləndirmə qaydasında Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Dövlət Sərhəd Xidmət rəisinin və onların müavinlərinin, Sərhəd Dəstə komandirlərinin,təhsil aldığı ali hərbi təhsil müəssisələrinin rəhbərliyinin müvafiq əmrləri ilə bir sira döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZEYDULLA BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ… UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN… BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ… XOŞBƏXT İLLƏRƏ…

Dərin hörmətlə; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: