27.07.2024

TƏBRİK: MÜHARİBƏ VETERANI BƏXTİYAR  ISGƏNDƏROV — 49

İnsan üçün ən yadda qalan illərdən  biri onun doğum günüdür. Belə insanlardan biri də  peşəkarlığı,  humanistliyi , nəzəri və praktiki biliyi,  işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ömrünün ən  məhsuldar dövrünün 20 ildən çox şərəfli   xidmət yolunu hərbi xidmətdə keçirmiş müharibə veteranı istefada olan baş-leytenat Bəxtiyar Əzim oğlu  İsgəndərovdur. Sentyabr ayının 10 -da onun 49 yaşı tamam olur.

      Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan baş leytenat  Bəxtiyar İsgəndərovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi   səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin  nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Bəxtiyarın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      İstefada olan baş- leytenat İsgəndərov Bəxtiyar Əzim oğlu  1973 — cü ilin  sentyabr ayının 10 — da Bakı şəhərində anadan olub.

       1990 — cu ildə  Bakı şəhər Xəzər rayonunda   orta məktəbi, 1996- cı  Bakı İnşaat Texnikomunu,  1998 — ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Təlim və Tədris Mərkəzində zabitlərin  ilkin hazırlığı kursunu bitrib.  O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir çox  metodiki təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.  Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir şəhərlərində yerləşən hərbi hissələrdə və məktəblərdə işgüzar səfərdə olub.

     1991- 2013-cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Ağdam, Ağdərə, Füzuli,  Binəqədi,  Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində əsgər,  taqım komandiri  və böluk komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət edib.

Hal -hazırda  Bakı şəhər Binəqədi rayonunun Vahid Əzimov adına 30 nömrəli tam orta məktəbdə  Gənc Çağırışçıların Hərbi hazırlığı  fənni  üzrə müəllim işləyir.

      Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

      Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

         Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlaçı döş  və yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

-Silahlı Qüvvələrin  yaranmasının » ( 1991 -2001) 10 illiyi medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının »  ( 1918- 2008) 90 illiyi medalı ilə;

-» Qüsursuz xidmətə görə » 2 dərəcəli medal ilə;

-Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BƏXTİYA BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: